29 Dekabr 2018 11:38
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər formalaşmış müsbət ənənələrdən biri də veteranlarla müntəzəm olaraq görüşlərin keçirilməsidir.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov “N” saylı hərbi hissədə qoşunların veteranları ilə görüşüb.

O, veteranlara əmrlə müəyyən olunmuş qaydada Silahlı Qüvvələr veteranı vəsiqələrini təqdim edib.

General-leytenant Ş.Məmmədov bu münasibətlə veteranları təbrik edərək qeyd edib ki, Silahlı Qüvvələr veteranı, ümumilikdə, veteran adını daşımaq böyük şərəfdir.

Görüşdə qeyd edilib ki, veteranlar Respublika Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısını həmişə hiss edir, bundan fərəhlənirlər.

Daha sonra general-leytenant Ş.Məmmədov veteranların müraciətlərini dinləyib, onlar tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər