6 Fevral 2019 23:26
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) martın 29-da Moskvadakı ofisini bağlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun bu gün yaydığı məlumatda deyilir. Qeyd olunur ki, buna səbəb iş həcminin əhəmiyyətli dərəcədə azalmasıdır: "Ofisin vətəndaşlar üçün açıq olacağı və ərizələri qəbul edəcəyi son tarix - 28 fevral 2019-cu il".

Qeyd edək ki, gələcəkdə Moskva ofisinin funksiyalarını Yunanıstanın paytaxtı Afina şəhərindəki ofis yerinə yetirəcək. Afinadakı ofis Ermənistan, Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistana cavabdeh olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər