14 Fevral 2019 17:12
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov yeni təyin olunmuş Qətər Dövlətinin İnzibati inkişaf, Məşğulluq və Sosial əlaqələr naziri Yusif bin Məhəmməd Əl-Osman Faxru ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərində həyata keçirilən islahatlar barədə naziri məlumatlandırıb. Azərbaycan və Qətər arasında əmək, sosial müdafiə və məşğulluq sahələri üzrə mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edən səfir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Qətərlə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Yusif bin Məhəmməd Əl-Osman Faxru əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, qarşıdakı dövrdə əlaqələrin genişləndirilməsi üçün nazirlik tərəfindən səylərin göstəriləcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əmək və əhalinin sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər