Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycana səfər edəcək.
Bu barədə Teleqraf.com-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
F.Dönməz fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlər toplantısında iştirak edəcək.
Qeyd olunur ki, naziri səfər zamanı geniş nümayəndə heyəti müşayiət edəcək.