17 Fevral 2019 13:46
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada çeçenlər və azərbaycanlılar arasında baş vermiş təxribat xarakterli silahlı toqquşmadan sonra bəzi qüvvələr bunu iki xalq arasında düşmənçiliyə çevirməyə cəhd ediblər.

Teleqraf.com xəbər verir ki, hadisədən dərhal sonra çeçen və azərbaycanlı fəallar bir araya gələrək belə təxribatların genişlənməsinə yol verməyəcəklərini bildiriblər. Baş vermiş hadisədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də vəziyyəti şəxsi nəzarətinə götürüb və bununla bağlı olaraq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müvafiq göstərişlər verib.

Son olaraq Çeçenistanın Mətbuat və İnformasiya naziri Canbulat Umarov da Azərbaycanın İctimai Televiziyasına müsahibə verərək təxribatların uğur qazanmayacağını bəyan edib. O, iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmayacağını bir daha vurğulayıb.

Nazirin açıqlamasını təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər