Müğənni Günay İbrahimli Xocalı soyqırımı haqda təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında yazıb.
Müharibə illərinə həsr edilmiş video-görüntü paylaşan Günay insanlarımızı işğalçılara qarşı mübarizəyə də çağırıb:
“Hər dəfə bu kadrlara baxanda gözlərim dolur, kövrəlirəm! Yəqin ki, mən tək deyiləm. Mənim kimi minlərlə insan bu kadrlara baxıb ağlayır. Təsəvvür edin ki, faciədən 27 il keçir. Bu illər onların yaralarını sağaltmadı. Belə vəhşilik olar? Oturub bir düşünün, gücsüz, silahsız, pak, təmiz insanlara necə silah çəkmək olar? Vicdansızlıqdır, namərdlikdir, şərəfsizlikdir. Çox uzaqda olan keçmiş deyil, çoxunuzun gördüyü bir dövrdür.
Mən də müharibə görmüş torpaqlardanam, qaçqınlığın nə olduğunu anlayanlardanam. Gəlin millətimizi sevək, bir olaq, insanlarımızı dəstəkləyək, uğurlarımıza sevinək, mübarizəmizi aparaq. Torpağımıza, dilimizə, mədəniyyətimizə, namusumuza, sənətçimizə sahib olaq. Bizi sevəni və bizə kədər yaşadanları unutmayaq”.
Həmin videonu təqdim edirik: