Azərbaycanın cənub regionunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, ötən gün aşxam yerli vaxtla saat 22:03-də, Cəlilabaddan 19 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Episentrdə zəlzələnin maqnitudasi 3,1, dərinliyi 36 km olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, avqustun 30-da isə Zərdab rayonu ərazisində 4 bal gücündə zəlzələ qeydə alınmışdı.
anspress