16 Mart 2019 17:24
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, cənab prezidentin uğurlu siyasətinə söykənən böyük humanist addımlarından biridir”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə bağlı Teleqraf.com-a danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.

Baş redaktorun sözlərinə görə, prezident tərəfindən imzalanmış əfv sərəncamı vətəndaş və insan amilinə verilən böyük dəyərdir:

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu uğurlu siyasət vətəndaş amilinə bağlıdır. İndiyədək bu humanist siyasətin tərkib hissəsi kimi cənab prezident tərəfindən çoxlu sayda əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul olunub. Bu əfv sərəncamı da cinayət törətmiş şəxslərin azadlığa buraxılması üçün atılmış növbəti humanist addımdır.

Cənab prezidentin bu addımını alqışlayıram və düşünürəm ki, azadlığa çıxan məhkumlar bundan sonra törədikləri cinayət əməllərini təkrarlamayacaqlar, Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısına öz müsbət xidmətlərini ortaya qoyacaqlar. Bir daha deyirəm ki, bu siyasət humanizmə söykənir və bu baxımdan da yüksək qitmətləndirilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 399 məhbusa şamil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu