18 Mart 2019 11:45
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya OPEK+ sazişinin icrasına sadiqdir və ölkədə neft hasilatı həcmləri bunu sübut edir.

Bunu Bakıda OPEK+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasının açılışında Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

O, ümidvar olduğunu bildirib ki, bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə olunması və sazişin ilk altı ayı ərzində gələcək addımların müzakirəsi üçün növbəti addım olacaq.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər