2 Sentyabr 2014 11:08
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşüb.

Q. Berdımuhammedov Azərbaycanla çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.

Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Xəzər regionu üzrə qonşu olan ölkələr müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edir.

/APA/


Müəllif:

Oxşar xəbərlər