Yüksək vəzifəli NATO generalı Ukrayna hakimiyyətinin ölkənin şərqində apardığı müharibədə məğlub olduğunu düşünür.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu barədə general Almaniyanın “Spiegel” jurnalına müsahibəsində deyib. “Hərbi mənada Kiyev münaqişəni uduzub”.
Jurnalın məlumatına görə, NATO rəhbərliyi Şərqi Ukraynadakı hərbi vəziyyətə yeni yanaşma sərgiləyir: “Ukrayna prezident Pyotr Poroşenkonun ya isə rusların mühasirəsində olan hərbçilərini azad etmək üçün danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Faktiki olaraq Kiyev ölkənin şərqinə nəzarəti əldən verib”.
“Spiegel”in məlumatına görə, hazırda NATO komandanlığının əsas diqqəti Rusiya meylli qüvvələrin mühasirəsində olan sənaye mərkəzi və liman şəhəri Mariupol ətrafındakı döyüşlərə yönəlib.