ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nzamlanması prosesini müzakirə ediblər. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması və sülh yolu ilə həll üçün zəruri addımların atılması məsələsinin əhəmiyyəti vurğulanıb.