28 Mart 2019 15:40
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən, yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq”, - deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər