Türkiyə Ali Seçki Qurumu İstanbuldakı bələdiyyə seçkisindəki səslərin 99,63%-ni hesablayıb.
Qurumun son hesablamlarına əsasən, CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu seçki yarışında irəliyə keçib.
Binəli Yıldırımın səsləri isə 48,48% təşkil edib.
İmamoğlunun ümumilikdə 4 milyon 155 min 141 səs, Yıldırımın isə 4 milyon 127 min 770 səs topladığı vurğulanıb. Tərəflər arasında səs fərqi 27.371 təşkil edib.
Qeyd edək ki, rəsmi rəqəmlər hələ açıqlanmasa da, Binəli Yıldırım İstanbulda qələbə qazandığını açıqlayıb. CHP-nin namizədi Əkrəm İmamoğlu isə özünün 4 milyon 167 min 752 səs, rəqibi B.Yıldırımın isə 4 milyon 139 min 833 səs topladığını açıqlayıb./Axar/
***
09:40
Ötən gün İstanbul bələdiyyə seçkilərində etibarsız hesab olunan seçici sayları yenidən sayılacaq.
Teleqraf.com Haber7-yə istinadla xəbər verir ki, hər iki partiya proses tamamlanana qədər bölgə seçki qurumlarını tərk etməməkdə qərarlıdır.
Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyyə rəhbərliyi uğrunda AKP namizədi Binali Yıldırımla CHP namizədi Əkrəm İmamoğlu mübarizə aparıb.
Binali Yıldırımın cüzi səs çoxluğu ilə qalib gəldiyi bildirilir.