“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama verib.
İdarədən Teleqraf.com-a bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb. Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək", - açıqlamada qeyd olunub.