3 May 2019 18:54
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosunda səsləndirdiyi əsassız açıqlamaya cavab verib.

Teleqraf.com-un məlumatına görə, institut direktoru Əli İnsanovu kəskin tənqid edib.

M.Mərdanov məsləhət görüb ki, Əli İnsanov vaxtilə söydüyü müxalifətə qoşulmaqdansa, 73 yaşından sonra nəvələri ilə oynasa, daha səmərəli iş görmüş olar: "Mən Əli İnsanova müraciət etmək istəyirəm. Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə yığışıb, məsləhətləşib iş aparacaqsan? Camaatın nifrətinin qarşısında dayana biləcəksənmi? Mən yenə deyirəm, hələ ki gec deyil, bu yaramaz əməllərdən geri çəkilmək lazımdır. Sən yenidən gəlib aktiv siyasətə qoşula, hətta qoşulsan belə heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Əgər normal adam olsaydın, cənab Prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra sənə vaxtilə çörək vermiş, zirvələrə qaldırmış, nazir təyin etmiş Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərdin, onun qarşısında diz çökərdin və deyərdin ki, məni bağışla, səhv etmişəm, üzr istəyirəm. Onda camaat səni başa düşərdi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər