6 May 2019 15:37
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb.

Aleksandr Qessel Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər