Gürcüstan patriarxı II İlya Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirib.
Görüşdə GMİ sədri Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev iştirak ediblər.
Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub.
II İlya məbəd-kompleksi ilə bağlı yaranmış vəziyyətin tezliklə ədalətli və sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.