18 May 2019 12:45
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Toplantıda Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, hakim partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP üzvləri iştirak ediblər.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın iqtisadi inkişafı davam edir: "Artım tempi müxtəlif sahələrdə yüksəlir. İslahatlar öz bəhrəsini verir. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər xeyli artıb. Bu da ondan xəbər verir ki, qeyri-neft sektoru durmadan inkişaf edir".

O qeyd edib ki, Azərbaycanda sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılıb: "Bu gün ölkədə elə bir ailə yoxdur ki, onun gəlirlərində artım olmasın. Bu hələ son artımlar deyil. Ölkə iqtisadiyyatı gücləndikcə bundan da sonra artımlar davam edəcək. Plan və istək ondan ibarətdir ki, məcburi köçkünlər üçün tikilən evlərin sayı daha da artırılsın".

Daha sonra müşavirə işini qapalı davam etdirib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər