19 May 2019 21:56
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciət ötən gün"Avroviziya-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com