21 May 2019 22:11
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Fuad Abbasovun Moskvada təzyiqlərə məruz qalmasına susmamalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov deyib.

Təşkilat sədri Azərbaycanın Rusiyadakı səfirliyini bu işdə fəal olmağa çağırıb:

“Fuad Abbasovu şəxsən tanımıram, bəzi davranışlarını da təqdir etmirəm. Amma bu gün Fuada qarşı Rusiyada baş verən haqsızlıqlara qarşı susa bilmərəm. Təcili Azərbaycan dövləti, Rusiyadakı səfirliyimiz bu məsələyə ciddi şəkildə reaksiya verməlidir. Çünki bu məsələ dövlətimizin şərəf məsələsidir. Azərbaycan vətəndaşına qarşı edilən haqsızlığa qarşı hər birimiz təpki göstərməliyik”.

Qeyd edək ki, mayın 18-də Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Bundan sonra jurnalistin Rusiyadan deportasiya ediləcəyi xəbəri yayılıb.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması Fuad Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu