23 May 2019 19:36
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Rusiya səfirliyi önünə getdik. Jurnalist Fuad Abbasovun deport edilmə qərarı və həbsi ilə bağlı etirazımızı bildirdik. Bunu etmək qərarını anidən verdik. Mən başa düşürəm ki, Fuad bəyin hüquqlarını müdafiə etməyə nə qrant verilir, nə hər kəsin həddi deyil Rusiyaya etiraz etsin və s. Amma o bizim soydaşımız və həmkarımızdır”.

Teleqraf.com xəbər verir ki, bunu yazıçı Aysel Əlizadə deyib.

Onun sözlərinə görə, jurnalistin Moskvada müdafiəsiz qalması ailəsini də çox narahat edir:

“Bu gün Fuad bəyin bacısı da aksiyaya qoşuldu, yazılı şəkildə səfirliyə 3 dildə istəklərimiz təqdim edildi. Dünən cənab nazir Ramil Usubovdan canlı yayınla xahiş etdik ki, aksiyamıza polislər yalnız qorumaq məqsədi ilə nəzatət edib adekvat davransınlar. İcra Hakimiyyətinə və DİN-ə məktub da yolladıq. Bu gün həqiqətən heç bir əngəl olmadı və əksinə polislər səfirin köməkçisi ilə aksiya iştirakçıları arasında dialoq olmasına şərait yaratdılar. Hər kəsə təşəkkür edirik.

Burdan Azərbaycan vətəndaşlarından xahiş edirəm, Rusiya səfirliyinin rəsmi elektron ünvanına, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında müraciətlər bölümünə, Rusiya prezidentinin rəsmi saytından ünvana öz adınızdan müraciətlər yazın. Türkiyə səfirliyinə də müraciət ünvanlayacağıq. Çünki Fuad bəy illər boyu Türkiyənin Rusiyada təmsilçisi, səsi olub, Türkiyənin mövqeyini qoruyub. Ümid edək ki, təşəbbüslərimiz uğurlu olar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər