14 İyun 2019 09:52
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbədənkənar iclası davam edəcək.

Teleqraf.com xəbər verir ki, iyunun 13 və 14-də keçirilən iclaslarında deputatlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında" və "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edirlər.

Ümumilkidə iclasların gündəliyinə 36 məsələ daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər