18 İyun 2019 23:42
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin sərəncamı ilə ölkədə minimum əmək haqqı sentyabr ayının birindən 250 manat oldu.

Yada salım ki, ilin əvvəlində bu məbləğ 130 manat idi, martın 1-də 180 manata qaldırıldı. Beləliklə, ilin əvvəlindən Azərbaycanda minimum əmək haqqı iki dəfə artırılmış oldu".

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib.

"Bundan başqa cənab Prezidentin bu gün imzaladığı sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərinin əmək haqqı 40 faiz artırılıb.

Əmək haqqlarının aratırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir.

Bu faktiki olaraq milyonlarala vətəndaşımızın gəlirlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəni konkret olaraq göstərir", deyə millət vəkili qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər