19 İyun 2019 20:55
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatlarının Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən nazir Əbülfəs Qarayev ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirib. Nazir həmçinin Azərbaycan hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və həmin ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

Pol Paker rəhbərlik etdiyi Komissiyanın fəaliyyəti barədə məlumat verib, Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Görüşdə iştirak edən STMEGI Fondunun prezidenti German Zaxaryayev və Dağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə Dağ Yəhudiləri Muzeyinin artıq hazır olduğunu bildirib

Nazir Əbülfəs Qarayev muzeyin yekun tərtibatına dair tövsiyələr və açılışın təşkilinə dair tapşırıqlar verib.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə edilib, Əbülfəs Qarayev mövcud geniş potensialdan səmərəli istifadə edərək əlaqələrin daha da inkişafına inamını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər