7 İyul 2019 17:42
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya İrs Komitəsinin 43-cü sessiyasında bir sıra ölkələrə məxsus nominasiya faylları nəzərdən keçirilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının təqdim etdiyi “Qədim Pskov abidələri” müzakirə olunub.
İlk olaraq çıxış edən Azərbaycan nümayəndəsi sənədin lehinə çıxış edib:

“Pskov abidələri memarlıq nümunələrinin ən yaxşı təzahürlərindən biridir. Biz bu abidələrin Dünya İrs Siyahısında olmasına təəccüblənmərik. Rusiyanın hüdudlarından kənarda memarlar o abidələrdən ilhamlanaraq yeni memarlıq nümunələri yaradıblar. Biz üzv dövləti belə nümunəvi iş apardığı üçün təbrik edirik”.

Rusiyanı Norveç, Çin və Braziliya da dəstəkləyib.

Nominasiyanın müzakirəsi zamanı heç bir etiraz səsləndiriliməyib.

Müzakirələrdən sonra Rusiya Federasiyasının təqdim etdiyi “Qədim Pskov abidələri" nominasiyası Dünya İrs Siyahısına salınıb.

Pskov vilayətinin qubernator müavini abidələrin Dünya İrs Siyahısına daxil edilməsinin Rusiya Federasiyası üçün böyük şərəf olduğunu bildirib. Qubernator müavini göstərilən qonaqpərvərliyə və sessiyanın yüksək səviyyədə təşkilinə görə “günəşli Azərbaycana” təşəkkür etdiklərini vurğulayıb.

Qeyd edək ki, “Qədim Pskov abidələri”nə Rusiyanın şimal-qərbində – Pskovda yerləşən XIII-XIV əsrlərdə tikilmiş 17 xristian dini abidəsi daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər