15 İyul 2019 22:12
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Meqafon" mobil operatoru Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”, - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar "Meqafon"un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər