“Minaatanlar üzrə tenderin qalibi olmuşuq. Eləcə də digər istiqamətlərdə fəaliyyətimizi davam etdirik”.
Bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanın İsraillə müştərək müəsssisəsi fəaliyyət göstərir:
“Bir yerdə pilotsuz uçuş aparatları isyehsal edirik. Bu il Azərbaycan ordusunu təmin etməklə yanaşı, NATO ölkələrindən birinə 100 ədəd də pilotsuz uçuş aparatı ixrac edəcəyik”.
Nazir qeyd edib ki, Türkiyədə keçirilən bir neçə tenderdə qalib olmuşuq. Onun sözlərinə görə, qısa müddətdə həmin silah və sursatların ixracı həyata keçirilməyə başlayacaq.
BƏXTİYAR