Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.
Bunu "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.
Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib./trend/