Türkmənistan Respublikasının beynəlxalq axtarışa verdiyi vəzifəli şəxs Azərbaycanda tutulub.
Həmin ölkənin Cinayət Məcəlləsinin 229-cu (mənimsəmə və israf etmə) və 181-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan Türkmənistan vətəndaşı 48 yaşlı Ahmet Xudayberdiyeviç Hayydov Heydər Əliyev Hava Limanında Bakıya gələn zaman saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir./report/