23 Sentyabr 2019 09:01
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü bu gün baş tutacaq.

Teleqraf.com xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçiriləcək.

Ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər