Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, dünən saat 23:13-də Xəzər dənizində - Nardarandan 8 km şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələnin dərinliyi 17 km, maqnitudası 3 bal olub.
Zəlzələ hiss olunmayıb.