20 Sentyabr 2014 21:23
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.

Teleqraf.com-un Müdəfiə nazirliyinin saytına istinada verdiyi məlumata görə, Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlərin növbəti mərhələsi sentyabrın 22-dən başlayaraq oktyabrın 3-dək davam edəcəkdir.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.


Müəllif: