17 Yanvar 2020 14:50
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın bugünkü iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Rəhimov Zahirin (Zahir Əzəmət) namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair müvafiq DSK-nın qərarı müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, DSK öz qərarını bununla əsaslandırıb ki, imza vərəqləri və ona əlavə edilmiş digər sənədlərin araşdırlması zamanı onun mülkiyyətində olan Lənkəran rayon Yuxarı Nüvədi kəndində 0,9 hektar torpaq sahəsi göstərilməyib:

“Bu məqam arayışda düzgün göstərilmədiyi üçün onun namizədliyinin qeydə alınmasından imtina edilib. İşçi qrupu həmin sənədlər üzrə araşdırma apararaq rəy hazırlayıb. MSK-nın bununla bağlı qərarında DSK-nın qərarının dəyişdiirlmədən saxlanılması qeyd olunub”.

Ramiz İbrahimov təklif edib ki, qərar dəyişdiirlmədən saxlanılsın.

MSK üzvü Almas Qəhrəmanlı Zahir Rəhimovun namizədliyinin qeydə alınmasına tərəfdar olduğunu bildirib.
İclasda iştirak edən Zahir Rəhimov adına həmin kənddə pay torpağının olmasından xəbərsiz olmadığını bildirib: “Mən 1991-ci ildən Bakıda yaşayıram. Həmin pay torpaqları verilərkən isə hərbi xidmətdə olmuşam. Əmlak Məslələri Dövlət Komitəsindən mənə verilən arayışda ona görə adım qeyd olunmayıb ki, dövlət sənədlərində adım səhv yazılıb”.

O, həmçinin, sənədlərində olan çatışmazlıqları araşdırması üçün ona qanunda nəzərdə tutulan 48 saatın verilmədiyini vurğulayıb.

Müzakirədən sonra qərar səsə qoyulub. Bir nəfər bitərəf, bir nəfət əleyhinə olmaqla DSK-nın qərarı dəyişdiirlmədən saxlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər