Bu gün Cenevrədə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşün növbəti mərhələsi keçirilir.
Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub.
Xatırladaq ki, dünən tərəflər arasında görüş 7 saat davam edib./Report/