6 Fevral 2020 11:55
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasdan əvvəl nazirlər arasında ikitərəfli görüşlər baş tutub.

Sonra nazirlər xatrirə fotosu çəkdiriblər.

Daha sonra iclas başlayıb. İclası giriş sözü ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıb.
İştirakçıları tədbirin gündəliyi barədə məlumatlandıran nazir qeyd edib ki gündəlik olduqca zəngindir. Onun sözlərinə görə, iclas zamanı bir sıra məsələlər, o cümlədən TDƏŞ-in quruma üzv olmayan ölkələrlə əməkdaşlığı, həmçinin, quruma üzv olan dövlətlər arasında münasibətlər və sair məsələlər müzakirə olunacaq.

Açılış mərasimindən sonra iclas öz işini qapalı şəkildə davam etdirib.

İclas başa çatdıqdan sonra müzakirə olunan məsələlərlə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Muxtar Tleuberdi, Çingiz Aydarbekov və Abduləziz Kamilov iştirak edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər