6 Fevral 2020 13:28
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə Suriya rejiminin hücumları bütün dünyada əndişə yaratdı. Çünki yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. 2 minə yaxın mülki insan öldürüldü.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki¸ onlar Suriya rejimi tərəfindən öldürülüb:

“Rejimin qarantiyaçısı olaraq Rusiya və İranla davamlı atəşkəs və siyasi çözüm üçün Astanada, Soçidə, Türkiyədə, Tehranda, Moskvada bir yerdə üçtərəfli formatda çox çalışdıq. Bunun faydasını da gördük. Ana Yasa komissiyasının qurulması da daxil. Amma son zamalarda İdlibdə rejimin hücumumları gerçəkdən hamımızı rahatsız etdi. Rejimin qarantiyaçısı olan Rusiyadan da gözləntimiz Suriyadakı rejimin hücumlarının dərhal durdurulmasıdır. Bu mövzuları Rusiya ilə də müzakirə edirik. Ən son dövlət başçım Rusiya Prezidenti ilə açıq-açığına danışdı. İndi Rusiyadan bir nümayəndə heyətini gözləyirik. Əgər ehtiyac olarsa, iki ölkənin prezidentləri də görüşəcək. İdlibdə bizim hədəfimiz Rusiya deyil. Bizim əsgərlərimizə hücum edən rejimdir. Səbrimizin həddi-hüdudu var. Səkkiz əsgərimiz şəhid edildikdən sonra qat-qat cavabını verdik. Ancaq bu təkcə Türkiyənin cavabdehliyi deyil. Dünyanın buna səssiz qalması qəbul edilə bilməz. Bu bu məsələdə qərarlı olduğumuzu hər yerdə söyləyirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər