6 Fevral 2020 14:20
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, digər türkdilli ölkələr iclasda nazirlər səviyyəsində, yalnız Macarıstan Respublikası Xarici İşlər və Ticarət nazirinin müavini səviyyəsində təmsil olunub:
“Tədbirdə ilk olaraq nazir Elmar Məmmədyarov çıxış edib. Nazir Azərbaycanın Türk Şurasına sədrliyi dövründəki prioritet istiqamətləri, gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qeyri-üzv dövlətlərin və beynəlxalq təşkilatların müşahidəçi qismində Türk Şurasına üzv qəbul edilməsi qaydalarının hazırlanması, Türk Şurasının fəxri sədrinin statusunun hazırlanması, Özbəkistanın Türk Şurasının maliyyə sazişi ilə bağlı tamamlaması barədə məlmatlar verib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti adından türkdilli ölkələrin dövlət başçılarına öz minnətdarlığını bildirib ki, daimi olaraq bu məsələdə Azərbaycana dəstək nümayiş etdirirlər. Nazir çıxışında Türk Şurasında əməkdaşlığın daha da genişləndirilməsinin, üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin artırılmasının, qeyri-üzv dövlətlərin və beynəlxalq təşkilatların üzv qəbul edilməsinin əhəmiyyətini də vurğulayıb".

R. Həsənov bildirib ki, “Türk gələcəyi 2040” proqramı, Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun tam şəkildə fəaliyətinin təmin edilməsi, Türk Şurasının diplomatik heyətinin genişləndirilməsi və Macarıstanda yerləşən nümayəndəlik ofisinin fəaliyyətə başlaması kimi məsələlər də müzakirə edilib.

Nazir müavini qeyd edib ki, Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatı və BMT yanında müşahidəçi statusunun alınması, Vışeqrad Qrupu ölkələri, Avropa İnstitutları, eləcə də ASEAN və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi beynəlxalq təşkilatlarla əlaqlərin yaradılması və təşkilatın 2020-ci ildə keçiriləcək VIII zirvə görüşü kimi bir sıra məsələlər müzakirə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər