ABŞ Prezidenti Donald Tramp Çinlə ikitərəfli münasibətlərini qiymətləndirib.
Teleqraf.com-un məlumatına görə, ABŞ prezidenti Çinin koronavirusla peşəkarcasına mübarizə apardığını bildirib: “Çinlə sıx əlaqələrimiz var. Ən yaxşı mütəxəssislərimizi oraya göndərmişik. Fikrimcə, aprel ayında havaların istiləşməsi ilə koronavirus epidemiyası sona çatacaq”.
Donald Tramp qeyd edib ki, koronavirus ABŞ və Çin arasındakı ticarət əlaqələrinə təsir etməyəcək: “Çinlə ticarət sazişi iki ölkə arasındakı əlaqələrə də töhfə verib. Çin virusu məhv etmək üçün çox çalışır və biz də onlara bu işdə kömək edirik”
Xatırladaq ki, koronavirus ötən il dekabrın 12-də Çinin Uhan şəhərində yayılıb. Çində ölü sayının gündən-günə artmasına səbəb olan virusa qarşı heç bir peyvənd və ya effektiv dərman tapılmayıb.