Xocalı soyqırımının 28-cı ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsi çərçivəsində İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı, İstanbul Aydın Universitetinin ev sahibliyi və Gənclər Fondunun dəstəyi ilə baş tutub.
Teleqraf.com xəbər verir ki, "İslahatçı Gənclər” İctimai Birliyinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına qoşularaq təşkil etdiyi konfransda Azərbaycan və Türkiyədən rəsmi şəxslər, millət vəkilləri, QHT və media rəhbərləri iştirak edib.
Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Xocalı soyqrımı XX əsrdə baş verən dəhşətli bir insanlıq cinayətidir.
F.Şahbazlı qeyd edib ki, 26 il öncə Xocalıda erməni silahlı dəstələri 366-cı motoatıcı alayın dəstəyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri dəhşətli formada qətl edib. Fərid Şahbazlı bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı soyrqımı dəhşətlərinin dünyada təbliği istiqamətində mühüm işlər görülür.
İstanbulda universitetlərdə keçirdiyimiz bu tədbirlərin əsas məqsədi Xocalıda yaşanan dəhşəti qardaş ölkə Türkiyə ictimaiyyətinin diqqət mərkəzinə gətirmək, yetişməkdə olan türk gəncliyini Türk dünyasının ortaq kədəri olan bu qətliam haqqında məlumatlandırmaqdır”.
Daha sonra çıxış edən İstanbul Aydın Universiteti prorektoru Zafer Arslan Azərbaycala Türkiyənin bir millət iki dövlət olduğunu xatırladaraq, Türkiyənin qardaş ölkə Azərbaycanla bağlı məsələlərdə yüksək həssasiyyət göstərdiyini qeyd edib. Prorektor vurğlulayıb ki, Xocalıda 28 il bundan öncə bir insanlıq ayıbı sayılacaq dəhşətli qətliam yaşanıb: " Düşünürəm ki, bu gün Azərbaycan gəncliyi Xocalını dünyaya tanıtmaq üçün var gücü ilə çalışır. Bizim borcumuz onlara dəstək olmaq və bu tarixi faciəni dünyaya çatdırmaqdır. İlk öncə Xocalıda yaşananları türk gəncliyi bilməli və unutmamalıdır”.
Çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə məlumat veriblər. Xocalı soyqırımı zamanı günahsız insanlar xüsusi qəddarlıqla qətlə yetirildiklərini bildirən millət vəkilləri Azərbaycanın bir milyondan çox öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayan qaçqın və məcburi köçkünləri olduğunu bildiriblər. Millət vəkili ümumilli lider Heydər Əliyevin Xocalıda yaşananlara hüquqi qiymət veriləməsi yöndündə göstərdiyi xidmətlərindən bəhs edib”.
Tədbirdə Xocalı faciəsindən geriyə qalan görüntülərin əks olunduğu videoçarx nümayiş olunub.