11 Mart 2020 12:56
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB ölkə xaricindən gələnlər üçün 14 gün qaydasının detallarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunur.

Qaydalara əsasən, ölkə xaricindən son 14 gün ərzində gələnlər, buradakı ilk 14 günlərini evdə keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır.

Bundan başqa, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər