Azərbaycanın Gürcüstandakı səfirliyi Avropa ölkələrindən Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza lazımı köməkliyi davam etdirir.
Teleqraf.com-un məlumatına görə, martın 15-də Avropadan gələn daha 30 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqsindən xüsusi avtobuslarla “Qırmızı körpü” sərhəd keçid məntəqəsinə gətirilib.
Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar. Qeyd edək ki, bundan əvvəl də 30 nəfər vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.
Məlumat üçün bildirək ki, səfirlikdə “qaynar xətt” yaradılıb: +995- 577-06-50-50