20 Mart 2020 00:27
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç çətin, narahat gün arxada qaldı. Dünən axşam saat 20-də AZAL şirkətinin təyyarəsi fövqəladə vəziyyət elan edilmiş Macarıstandan 123 Azərbaycan vətəndaşını Bakıya apardı. Dövlət və hökumət təşkilatlarının operativ reaksiyasına, həssas münasibətinə sevindim. Ən çox isə insanlarımızın, xüsusən də gənclərimizin dar ayaqda göstərdikləri birlik və həmrəylik hissinə sevindim.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, martın 16-da uçuşa 3 saat qalmış VİZZ-Air şirkətinin reysi ləğv olunanda aeroporta bu gecə vətənə yola düşəcəkləri üçün bəlkə son sentlərin də xərcləyən, vizalarının son günündən istifadə edən soydaşlarımız arasında bir çaşqınlıq yaranmışdı.

“Onları yerləşdirmək, çarter reysi gələnə qədər ən elementar tələblərini qarşılamaq lazım idi. Bu məqamda Budapeştdə təhsil alan tələbələrimiz yardıma qoşdular. Səfirliyin virtual müraciətindən sonra dərhal tanımadıqları həmvətənlərinə yer təklif etdilər, sadə süfrələrini onlarla bölüşdülər. Aralarında kiçik yaşlı uşaqların da olduğu idmançılara imkanımız daxilində daha artıq diqqət yetirməyə çalışdıq. Hər şey yaxşı sonluqla başa çatdı. Gənclərimiz göstərdi ki, biz gücük, güclü millətik. Onların hər birinə təşəkkür edirəm. Bu gün 600 nəfərdən çox tələbələrimiz hələ də Macarıstandadır. Onları Səfirliklə daha intensiv əlaqə saxlamağa çağırıram. İnanıram ki, koronavirusa da, torpaqlarımızı işğal altında saxlayana haylara da qalib gələcəyik. Millətimiz çox şeyə qadirdir! Sadəcə, hər təsadüfdə belə birlik, həmrəylik, kiçik də olsa fədakarlıq göstərmək lazımdır”-deyə, o, əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər