20 Mart 2020 15:17
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronovirusa qarşı mübarizədə və onun qarşısını almaq istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edilmişdir və bununla bağlı çoxsaylı işlər həyata keçirilməkdədir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılmışdır.

Bu barədə “Mətanət A” şirkətindən Axar.az-a daxil olan məlumatda bildirilib. Şirkətdən qeyd edilib ki, koronovirusla mübarizə ümummilli məsələdir:

“Ümummilli məsələni də dövlətimizə dəstək göstərməklə birlikdə həll etməliyik. Bunun üçün dövlətimiz əlindən gələni edir və operativ həyata keçirilən tədbirlər göz qabağindadir. Biz sahibkarlar da əlimizdən gələni etməliyik. Bunu nəzərə alaraq Dövlət başçısının fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti olaraq ilkin mərhələdə 50000 (əlli min) manat vəsait ayrıldı.

“Mətanət A” şirkəti bütün sahibkarları və eləcə də tikinti və tikinti materiallarının istehsalçılarını Koronovirusla Mübarizəyə Dəstək Fonduna ciddi şəkildə və operativ olaraq dəstək göstərməyə çağırır.

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronovirusu pandemiya elan edib.

Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərini əməl etməklə və dövlətimizə dəstək göstərməklə birlikdə bu ümummili bəlaya qalib gələcəyik!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər