1 Oktyabr 2014 18:24
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə şirkətinin ermənilərlə əməkdaşlığına etiraz olaraq qardaş ölkənin Azərbaycandakı səfirliyinə məktub göndərib.

QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məktubda deyilir:

“Mətbuatda gedən məlumatlara görə, qardaş Türkiyənin “Öztürklər Holdinq” deyilən şirkəti Ermənistanda yaşayış binalarının inşasına başlayıb, bu işə külli miqdarda vəsait qoyub. Şirkətin rəhbəri Yusif Öztürk isə bu hərəkətindən “qurur duyduğunu” bildirib. Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz. Doğrudanmı, Türkiyə şirkətləri artıq işğalçı Ermənistana vəsait qoymağa başlayıblar? Doğrudanmı, Türkiyə şirkətlərinin artıq işğalçı Ermənistanla əməkdaşlığa ehtiyacı var, yoxsa erməni lobbisinin sifarişini yerinə yetirirlər? Biz bu hadisə ilə bağlı dərin narahatlığımızı bildirir, bu hərəkəti bütün Türkiyə üçün rüsvayçılıq hesab edirik. Hesab edirik ki, Türkiyə höküməti bu məsələni dərhal araşdırmalı, qarşısının alınması üçün tədbirlər görməlidir. Biz Azərbaycan hökümətinə də müraciət edir, bu şirkətin Azərbaycanda hər hansı fəaliyyətinin, əlaqələrinin dayandırılmasını tələb edirik”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər