Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə paytaxtdakı Türk Şəhidliyində anım mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bakı Türk şəhidliyi abidəsinin önünə əklil qoyublar.
Anım günü ilə bağlı fikirlərini bölüşən E.Özoral Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən və əhəmiyyətindən söz açıb:
"Bu zəfər bugünkü Azərbaycanı xilas etməklə kifayətlənməmiş, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirmişdir. Türkiyə və Azərbaycan olaraq ətrafımızdakı alov çevrəsi ilə yenə eyni iradə və əzmlə mübarizə aparmaqda qətiyyətliyik. Hər zaman olduğu kimi bundan sonra da "İki dövlət, bir millət" şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayğı ilə anıram".
Foto: Ceyhun Rəhimov