Hazırda Rusiyanın hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələrinin 57 hərbi qulluqçusu təhsil alır.
APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.
S. Şoyqu azərbaycanlı hərbçilərin ödənişsiz əsaslarla təhsil aldıqlarını vurğulayıb: «Azərbaycan Ordusuna Rusiya istehsalı olan hərbi texnikaların çatdırılmalarını nəzərə alsaq, bizim münasibətlərimizdə təhsil və kadrların hazırlanması çox ciddi məqamdır. O texnikaları savadlı istismar etmək lazımdır və bunu yalnız hazırlıqlı mütəxəssislər yaxşı edə bilərlər».
S. Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündə hərbi kadrların hazırlığı ilə bağlı əlavə sifarişlər aldıqlarını da bildirib.