Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir.
Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında bildirib.
"Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informasiya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir", - deyə ölkə başçısı vurğulayıb.
Daha ətraflı videoda: