3 Oktyabr 2020 16:19
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisini hədəf seçməsi yalnız 2020-ci ilin iyul, avqust və sentyabr aylarında baş verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev qeyd edib.

Baş prokuror bildirib ki, yalnız 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın 6 mülki vətəndaşı qətlə yetirilib, 26 nəfər yaralanıb. 300-dən artıq mülki obyekt dağıdılıb.

Qeyd: 27 sentyabrdan etibarən Azərbaycanda:
Həlak olmuş dinc əhali sayı 19 nəfər

Yaralanmış dinc əhali sayı 63

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 44

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 181


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər