15 Oktyabr 2014 13:58
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son zamanlar qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər vətəndaş cəmiyyəti institutları tərəfindən geniş şəkildə müzakirə edilməkdədir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev facebook-dakı profil səhifəsində qeyd edib. O qeyd edib ki, Şura dövlətlə QHT sektoru arasında körpü rolu oynayan qurum olaraq bu müzakirələri yaxından izləyir və daim diqqətdə saxlayır:

“Şuranın təşkilatçılığı ilə 2014-cü ilin əvvəlindən indiyədək bir neçə dəfə hökumət və parlament nümayəndələrinin fəal QHT təmsilçiləri ilə dialoqu təşkil edilib və bir sıra məsələlər öz həllini tapıbdır. Hesab edirəm ki, yenə də dialoqa və müzakirələrə ehtiyac var. Bu ehtiyacı nəzərə alan QHT-lərə Dövlət Dəstəyi Şurası sabah, oktyabrın 16-da “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən əlavə və dəyişikliklərin ictimai müzakirəsini keçirəcək və tərəflərin mövqeyinin uzlaşmasına çalışacaqdır. Toplantıda əlavə və dəyişikliklərin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvləri, Ədliyyə Nazirliyinin məsul şəxsləri və ixtisaslaşmış QHT-lərin rəhbərləri iştirak edəcək. İnanıram ki, bu müzakirələr QHT-lərlə Milli Məclis arasında qanunların təkmilləşdirilməsi ilə bağlı ortaq mövqenin formalaşmasına və ümumi anlaşmanın əldə olunmasına öz töhfəsini verəcək”.

A.Quliyev həmçinin əlavə edib ki, digər bir mühüm tədbir isə oktyabrın 17-də Milli Məclisdə baş tutacaq: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Milli Məclislə əməkdaşlıq haqqında "Anlaşma Memorondumu" imzalayacaq. Memorandumun əsas məqsədi QHT-lərin qanun yaradıcılığı prosesinə yaxından cəlb etmək, qanun layihələrinin sistemli şəkildə ictimai müzakirəsini təşkil etmək və qəbul olunmuş qanunlar haqqında əhalinin məlumatlandırılmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını artırmaqdan ibarətdir”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər